• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İki həftədir axtarılan kişi ÖLÜ TAPILDI

HADİSƏ

10 Aprel 2022 | 20:37

İki həftədir axtarılan kişi ÖLÜ TAPILDI

Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyiti tapılıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Nərimanabad qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkarlanıb.

Sakinlərin bildirdiyinə görə A. Məmmədov martın 27-dən etibarən yaxınları tərəfindən axtarılır.

Onun aşkar olunduğu həyət Rusiyada yaşayan Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə uzun müddətdir yaşayış yoxdur.

Meyit qonşular tərəfindən həyətin dalan hiisəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə tapılıb.

Mərhumun nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026