• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xəzər dənizində aşkarlanan gəmi minaları zərərsizləşdirildi - FOTO

HADİSƏ

10 May 2022 | 17:10

Xəzər dənizində aşkarlanan gəmi minaları zərərsizləşdirildi - FOTO

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib.

Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.


Xəzər dənizində aşkarlanan gəmi minaları zərərsizləşdirildi - FOTOXəzər dənizində aşkarlanan gəmi minaları zərərsizləşdirildi - FOTOXəzər dənizində aşkarlanan gəmi minaları zərərsizləşdirildi - FOTOXəzər dənizində aşkarlanan gəmi minaları zərərsizləşdirildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026