• Bakı 21° C

    5.28 m/s

Bakı Dərin Özüllər Zavodunda QƏZA

HADİSƏ

10 Aprel 2022 | 19:39

Bakı Dərin Özüllər Zavodunda QƏZA

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

Bakıvaxtı.az-ın xəbərinə görə, “BOS Shelf”dən bildirilib ki, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur. (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026