Cəlilabadda baş verən qəzada ölənlərin kimliyi məlum olub.
Bakıvaxtı.az-ın “Report”a istinadən məlumatına görə, hadisə zamanı VAZ-2107 markalı avtomobillə “Mitsubishi” markalı maşın toqquşub.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Saleh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. Onların hamısı rayonun Şabanlı kənd sakinləri olub.
Qəza nəticəsində “Mitsubishi” markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
13:35
Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.
Bakıvaxtı.az-ın "report.az"a istinadən məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


















