• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda FACİƏ: Ər-arvad evdə yanaraq öldü

HADİSƏ

12 Mart 2022 | 09:51 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda FACİƏ: Ər-arvad evdə yanaraq öldü

Salyan rayonunda evdə faciəvi yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayonun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb. 

Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026