• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Oğuzda  dəhşətli qəza - 5 nəfər yaralının kimliyi məlum oldu - YENİLƏNİB

HADİSƏ

13 Yanvar 2023 | 15:26

Oğuzda dəhşətli qəza - 5 nəfər yaralının kimliyi məlum oldu - YENİLƏNİB

Oğuz rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Wolksvagen" və "Opel" markalı avtomobillər toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsində olan 5 nəfər xəsarət alıblar.

Qəza zamanı "Opel"in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qaldığından əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə dəstəsi cəlb olunub.

Qəza zamanı Qönçə Aydınlı, Rahib Aydınov, Nüşabə Cəfərli və Yağmur Cəfərli müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə nəticəsində vəziyyəti daha ağır olan bir nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report

 

15:01

Oğuzda iki minik avtomobili toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında Qaraməryəm - İsmayıllı - Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Opel Astra” və “Volkswagen Passat” markalı minik avtomobillərinin toqquşmsı nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /APA


Oğuzda dəhşətli qəza - 5 nəfər yaralının kimliyi məlum oldu - YENİLƏNİBOğuzda dəhşətli qəza - 5 nəfər yaralının kimliyi məlum oldu - YENİLƏNİBOğuzda dəhşətli qəza - 5 nəfər yaralının kimliyi məlum oldu - YENİLƏNİBOğuzda dəhşətli qəza - 5 nəfər yaralının kimliyi məlum oldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026