ABŞ-ın Ayova ştatında orta məktəbə silahlı hücum nəticəsində 1 şagird ölüb, 5 nəfər yaralanıb. Hücum edən şəxs ölü olaraq yaxalanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında Dallas dairəsinin şərifi Adam İnfante hücum zamanı dərslərin hələ başlamadığını, məktəbdə az sayda müəllim və şagirdin olduğunu bildirib: “Xoşbəxtlikdən binada çox az şagird və müəllim var idi”.
Yerli saatla 07.37-də silahlı hücum xəbəri aldıqlarını bildirən İnfante ilk qrupun 7 dəqiqə ərzində məktəbə çatdığını qəfl çox adamın güllələnərək yaralandığını bildirib.
Səlahiyyətlilər hücumu həyata keçirən şübhəlinin 17 yaşlı orta məktəb şagirdi Dilan Butler olduğunu bildirib. Hadisə ilə bağlı istintaq davam etdiyi üçün FTB yerli hüquq-mühafizə orqanlarına dəstək verir.
Ay Tac
















