Kubanın paytaxtı Havanadakı saraqota otelində güclü partlayış baş verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, Kuba rəsmiləri hadisə barədə Tvitterdə məlumat verib.
Qeyd olunub ki, hadisə nəticəsində 8 nəfər ölüb, 30-dək adam xəsarət alıb. Hadisənin terror aktı olması istisna edilir.
Partlayış nəticəsində binanın 2 mərtəbəsi dağılıb. Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
















