• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Kilsədə PARTLAYIŞ - Ölənlər var

DÜNYA

05 Iyun 2022 | 18:44

Kilsədə PARTLAYIŞ - Ölənlər var

Nigeriyanın cənub-qərbində yerləşən Müqəddəs Fransisk katolik kilsəsində güclü partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nigeriyanın “This Day” qəzeti məlumat yayıb.

Partlayış Ondo ştatının Ovo qraflığında kilsə binasının yaxınlığında çoxlu sayda dindarın olduğu vaxt baş verib. Məlumata görə, ölən və yaralananlar var. Yerli “PM News” xəbər portalı ölənlərin sayının 50 nəfər ola biləcəyini yazıb. Rəsmi məlumatlar hələ yoxdur.

Öz növbəsində, regional xəbər portalı “Sahara Reporters” xəbər verib ki, partlayış terrorçular tərəfindən törədilib. Elektron nəşr hadisə yerindən çoxsaylı qurbanları əks etdirən fotoşəkilləri dərc edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR