“Ötən il yeni silahlar və texnikalar alınıb. Ordunun maddi-texniki bazası gücləndirilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Baş nazir bildirib ki, 2021-ci ildə yeni silahlar alınıb və ordumuzun müdafiə qabiliyyəti yüksəldilib: "Komando qruplarının yaradılması ordumuzun döyüş hazırlığının artırılmasından xəbər verir”.
Nuranə Daxilqızı
















