• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Pakistanda 100 mindən çox insan təxliyə edildi

DÜNYA

27 Avqust 2023 | 15:48 | Müəllif: Subhan Mahmudov

Pakistanda 100 mindən çox insan təxliyə edildi

Hindistanın bəndlərdən daha çox su boşaltması və leysan yağışlar səbəbindən Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar bölgədən 100 mindən çox insan təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pəncab Xilasetmə Birliyinin sözçüsü Diba Şahnaz Anadolu agentliyinə bildirib.

Qeyd edilib ki, bu ilin iyul ayının 9-dan bəri Kasur, Pakpattan, Vehari, Bahavalnagar, Lodhran, Multan və Bahavalpurun şimal bölgələrindən 100 mindən çox insan təxliyə edilib.

Məlumata görə, həmin tarixdən bəri baş verən daşqınlar nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.

Pəncab əyalətinin baş naziri Seyid Muhsin Rza Nəkvi daşqınları “son 35 ilin ən dəhşətlisi” adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026