• Bakı 10° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.8621

    RUB - 0.0192

Filippin Çinin maneə torlarını aradan qaldırdı

DÜNYA

26 Sentyabr 2023 | 14:44

Filippin Çinin maneə torlarını aradan qaldırdı

Çinin Cənubi Çin dənizinin mübahisəli sularında çəkdiyi maneə torları təhlükəlidir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bunu Filippin Sahil Mühafizəsi səlahiyyətliləri bildirib.

Filippin Sahil Mühafizəsi rəsmiləri bu gün verdiyi açıqlamada Filippin prezidentinin göstərişi ilə maneə şəbəkələrini aradan qaldırdıqlarını vurğulayıblar: “Qərbi Filippin Dənizi üzrə Milli İşçi Qrupunun sədri katib Eduardo Ano Prezident Ferdinand Markos Jr.-ın göstərişinə əsasən, Filippin Sahil Mühafizəsinə Bajo De Masinlocun cənub-şərq girişini bağlayan maneəni aradan qaldırmaq üçün xüsusi əməliyyat keçirməyi əmr etdi”.

Filippin sahil mühafizəsi əlavə edib ki, Çin tərəfindən çəkilən torlar naviqasiya üçün təhlükə yaradır və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Açıqlamada, həmçinin torların Filippinli balıqçıların balıqçılıq və dolanışıq fəaliyyətlərini həyata keçirməsinə mane olduğu, 2016-cı il Arbitraj Qərarının bölgənin Filippin balıqçılarının ənənəvi balıqçılıq ərazisi olduğunu təsdiqlədiyi bildirilib.

Bajo De Masinloc Filippinin Cənubi Çin dənizindəki Luzon adasından 200 kilometr qərbdə kiçik, lakin məhsuldar balıqçılıq sahəsi kimi tanınır. Bölgə Çin və Filippin arasında münaqişəyə səbəb olub və Çin tərəfindən maneə şəbəkələri ilə əhatə olunub. Hər iki ölkə regionun öz sahil şelfində olduğunu bildirir.

Ay Tac


SON XƏBƏRLƏR

28 Noyabr 2023