• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Paşinyan bununla Qərbə də mesaj verir”-Tural Əliyev

SİYASƏT

22 May 2023 | 14:34 | Müəllif: Qalib İbrahimoğlu

“Paşinyan bununla Qərbə də mesaj verir”-Tural Əliyev

“Paşinyanın 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən Azərbaycanla sərhədlərin delimatasiyasını aparmaq istədiyini bəyan etməsi bir tərəfdən müsbət, digər tərəfdən isə mənfi haldır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.

Onun sözlərinə görə, müsbətdir o baxımdan ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki anklavları qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır: “Həmçinin 1975-ci ildən müstəqillik dövrünə qədər Ermənistan SSRİ Azərbaycandan icarə əsasında otlaq, örüş və əkin sahələrini SSRİ dağıldıqdan sonra öz torpaqları kimi təqdim edib. Bu baxımdan Azərbaycanın 1975-ci il xəritələrinə uyğun aparılsa Azərbaycanın tam hüquqi haqqıdır 0,5 min kvatrat km əraziləri də tələb etsin".

Politoloq qeyd edib ki, Paşinyan açıqlamalarında zidiyyət təşkil edən sülh müqaviləsinin bağlamaq niyyətində olduğunu deyir, amma Azərbaycanın Ermənistanın guya suveren ərazilərini işğal etdiyini söyləməsi həmin ilin xəritələrinin şübhə ilə yanaşdığının ifadəsidir: "Çünki hazırda Azərbaycan Ordusunun dayandığı Qarağöl və Şurnux əraziləri 1975-ci il xəritəsinə uyğundur. Paşinyanın “güzgüvari” şəkildə orduların çəkilməsini israr etməsinin heç bir siyasi-hüquqi əsası yoxdur. Bu xəritələri qəbul etməsi o deməkdir ki, artıq delimatasiya başlayarkən sərhəd xətləri Azərbaycan Ordusunun dayandığı yerdən tərpətməyəcək. Azərbaycan hələ razılığını rəsmi şəkildə bildirməyib, Ermənistanın düşdüyü indiki siyasi-hərbi vəziyyət vadar edir ki, qarantiya alsın".

T.Əliyevə görə, daha bir müsbət addım ola bilərdi ki, Ermənistan ərazi bütövlüyü məsələsini gündəmə gətirirsə, vaxtl ikən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların da taleyi ilə bağlı təsəvvürlərini ortaya qoyulsun. Müsahibimiz hesab edir ki, Paşinyanın SSRİ Baş Qərargahın xəritələri əsasında sülh müqaviləsinə imza atmağa hazır olduğunu bəyan etməsi Qərbə də mesajdır.

"Lavrovun açıqlamaları və Paşinyanın Moskvaya gedib gəldikdən sonra ritorikası tamam dəyişməyə başladı. Rusiya bir daha regiona dair Qərbə konkret siqnal ötürür ki, kommunakasiyalar, delimatasiya Rusiya olmadan mümkün deyil”, - deyə Tural Əliyev əlavə edib.

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026