• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şimali Makedoniya Prezidenti  İlham Əliyevi təbrik etdi

SİYASƏT

20 Iyun 2023 | 16:50

Şimali Makedoniya Prezidenti İlham Əliyevi təbrik etdi

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik etməkdən, ölkənizin firavanlığı üçün ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik.

İcazə verin, yaxın gələcəkdə Sizinlə fikir mübadiləsi aparmaq üçün ikitərəfli görüşün keçirilməsində maraqlı olduğumu ifadə edim".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026