• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paşinyan Olsonla görüşdü

DÜNYA

18 Aprel 2023 | 12:57

Paşinyan Olsonla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, tərəflər həmçinin kommunikasiya xətlərinin açılması barədə də danışıblar.

Bundan başqa, onlar qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, E.Olson Ermənistanda səfərdədir. O, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026