• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Paşinyan Mehridən qovuldu - YENİLƏNİB + VİDEO

GÜNDƏM

21 Aprel 2021 | 12:30

Paşinyan Mehridən qovuldu - YENİLƏNİB + VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinə səfərini yarımçıq saxlayaraq geri qayıtmaq məcburiyyətində qalıb. 

Bakıvatxı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Qeyd olunur ki, etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb, Nikol Paşinyandan Mehri şəhərini tərk etmək tələb olunub. Vəziyyətin gərginləşdiyini görən Paşinyan səfərini yarımçıq dayandırıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik vilayətinə səfəri etirazlara səbəb olub.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb. Hətta onlardan biri baş nazirin cangüdənlərinin avtomobilinin üzərinə çıxıb. Aksiya iştirakçıları Nikol Paşinyanın Mehri şəhərini tərk etməsini tələb ediblər. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb.

Şəhərdə vəziyyət gərgin olaraq qalır, sakinlər “Nikol satqın”, “Nikol türk” şüarları səsləndirib, polis isə baş nazirin avtomobil karvanının keçməsi üçün etirazçıları dağıtmağa çalışır.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026