• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycana gələcək”

GÜNDƏM

20 May 2021 | 21:36

İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycana gələcək”

“Biz ümid edirik ki, UNESCO missiyası gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan UNESCO-nu uzun illərdir işğal olunmuş ərazilərə səfərə dəvət edib.  

“Ancaq biz cavab almışıq ki, UNESCO siyasi münaqişələrə qarışmır. Beləliklə, işğal müddətində Qarabağda UNESCO-nun missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi bitən kimi UNESCO-dan bu ərazilərə ziyarət üçün müraciətlər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə sevindim. İndi onların gəlməsi üçün UNESCO ilə logistik məsələlər üzrə danışıqların son mərhələsindəyik”, - deyə Prezident əlavə edib.

Dövlət başçısı daha sonra bildirib:

“Biz istəyirik ki, onlar ermənilərin mədəni irsimizə nə etdiklərini görsünlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026