• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Doğum evlərində süni qida bazarına "yox" deyək” - KAMPANİYA BAŞLADI

GÜNDƏM

19 Iyun 2021 | 16:09

“Doğum evlərində süni qida bazarına "yox" deyək” - KAMPANİYA BAŞLADI

Doğum evlərində süni qida bazarına etiraz kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, petisiyada qeyd olunub ki, doğum evlərində neonatoloqlar tərəfindən  yersiz və icazəsiz olaraq körpələrə süni qida verilir.

“Evə yazılan analara tövsiyə vərəqində süni qida adı yazılır, məsləhət görülür. Süni qidanın ilk gundən  körpəyə verilməsi və uşağın buna öyrəşdirilməsi uşaq üçün sağlıq, ailə üçün maddi problemlər yaradır. Doğum evindəki neonatoloqlar  bununla "Körpələrin qidalanması haqda" qanunu pozur və hər hansı maraq qarşılığında süni qida şirkətlərinə fayda verirlər. Nəticədə zərərçəkən körpələr olur. Süni qida ilə körpənin orqanizmində allergik fon güclənir, atopik dermatit və s. allergik xəstəliklər, mədə-bağırsaq problemləri inkişaf edir. Şüşədən rahat şəkildə süni qida əmməyə alışan körpə ana döşündən imtina etməyə başlayır. Təcrübəsiz analar verilən bu alternativə görə təbii qidalanmanı düzgün idarə edə bilmir və süni qida ilə davam edərək ailənin maddi durumunun çətinləşməsinə səbəb olurlar.

Hazırda doğum evləri sanki  iki qida şirkəti arasında bölüşdürülüb. Süni qida adının tövsiyə vərəqinə yazılması eyni zamanda istehlakçının seçim hüququnu pozur  və reklam xarakteri daşıyır. Həkimlər və süni qida şirkətləri arasında olan bu əməkdaşlıq körpələrin ana südü ilə qidalanmasına böyük zərbədir. Bu kampaniya ilə körpələrin sağlamlığını düşünən hər kəsi imza etməyə çağırırıq”,-deyə imzatoplama kampaniyasına qeyd olunub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR