• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qəbiristanlığın yaxınlığında silah-sursat aşkarlandı

GÜNDƏM

21 May 2021 | 10:41

Qəbiristanlığın yaxınlığında silah-sursat aşkarlandı

Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Üryanoba kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən döyüşə yararlı 1290 ədəd 7.62 mm-lik və 134 ədəd 5.45 mm-lik patronlar, 2 ədəd aviabomba hissəsi, 6 ədəd avtomat darağı və ümumilikdə 108 ədəd müxtəlif növ təlim mina və qumbaraları aşkar olunub.

Sursatların tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026