• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paşinyanın oğlu oğurlanmasından DANIŞDI - VİDEO

DÜNYA

05 Iyun 2023 | 15:26

Paşinyanın oğlu oğurlanmasından DANIŞDI - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan bildirib ki, adam oğurluğunda ittiham olunan Qayane Akopyanın (Martirosyan) onu hara apardığını bilməyib.

Bakıvaxtı.az ”Sputnik Armenia”ya istinadən xəbər verir ki, Qayane Akopyanın maşınına könüllü surətdə minib.

Aşot Paşinyanın sözlərinə görə, “Erablur” panteonuna getməkləri barədə o, artıq avtomobildə öyrənib və qadın onu maşından düşməyə qoymayıb.

Barışıq və ya şikayəti geri götürmək məsələsinə gəldikdə isə o bildirib ki, bu barədə əlaqədar qurumlar qərar verməlidir.

Qeyd edək ki, Qayane Akopyan İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş əsgər Şora Martirosyanın anasıdır. O, Baş nazirin oğlunu oğurlamaqda ittiham edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026