• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyədə inflyasiya azaldı

DÜNYA

05 Iyul 2023 | 12:07

Türkiyədə inflyasiya azaldı

Türkiyədə illik inflyasiya ardıcıl yeddi aydır ki, azalmaqda davam edir.

Bakıvaxtı.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyun ayında inflyasiya 38,21%-ə kimi azalıb. Ötən ay bu rəqəm 39,59% təşkil etmişdi.

Qeyd edək ki, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,92%, 2022-ci ilin dekabr ayına görə isə 19,77%-ə kimi azalıb.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026