• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiya bu tarixdə Qafanda konsulluq açır

DÜNYA

04 Avqust 2023 | 11:09

Rusiya bu tarixdə Qafanda konsulluq açır

Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Qafan şəhərinə gələcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

"Biz Zəngəzur vilayətinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun genişmiqyaslı açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər və onlar əməliyyat məsələləri ilə birbaşa məşğul olacaqlar" - Qonçar deyib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026