• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Nazirdən pensiyaçılara TƏKLİF: Kuryer işləyin...

DÜNYA

04 Avqust 2023 | 11:27

Nazirdən pensiyaçılara TƏKLİF: Kuryer işləyin...

"Pensiyaları ayın sonuna çatmayan yaşlılar kuryer işləyə bilər".

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu təkliflə Böyük Britaniyanın əmək və təqaüd naziri Mel Stride çıxış edib.

Nazir yaşlı insanların "əvvəllər ağıllarına belə gətirmədikləri işlərə başlamalarını" təklif edib. O bildirib ki, 50 yaşdan yuxarı insanlar gənclərin üstünlük verdiyi velosiped kuryeri xidməti kimi çevik işlərdə çalışa bilərlər:  “Əgər qocalıqda öz həyat tərzini qorumaq istəyirsənsə, bunu etməlisən".

Onun insanların pensiya şərtlərini yaxşılaşdırmaq əvəzinə işləməyə davam etmələri təklifi əks-səda doğurub.

Deliveroo 2021-ci ildən bəri 50 yaşdan yuxarı kuryerlərin 62 faiz artdığını açıqlayıb. Qeyd olunub ki, iqtisadi cəhətdən qeyri-fəal olan 8,6 milyon insanın 3,4 milyonu 50 yaşdan yuxarıdır. Pandemiya zamanı işini tərk edən 50-70 yaş qrupunun 48 faizi isə yoxsulluq içərisindədir. Səlahiyyətlilərin fikrincə, bu yaş qrupunun işləməməsi inflyasiyanı artırır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026