• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Payızda iqtidar-müxalifət dialoqu intensivləşəcək - AÇIQLAMA

CƏMİYYƏT

03 Avqust 2021 | 11:38

Payızda iqtidar-müxalifət dialoqu intensivləşəcək - AÇIQLAMA

Məlumdur ki, son zamanlar iqtidar-müxalifət dialoqları əvvəlki kimi intensiv keçirilmir. Bəs, nə vaxt intensiv keçiriləcək və hansı mövzular müzakirə ediləcək?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən REAL partiyasının icra katibi Natiq Cəfərli müzakirə olunacaq mövzular haqqında danışıb:

“Əslində, müəyyən məsələlər üzrə iqtidar-müxalifət təmasları və məsləhətləşmələr olur. Amma intensivliyi xeyli azalıb, yəqin ki, yay mövsümü və tətillərlə bağlıdır. Amma, yəqin ki, payızda danışıqlar daha da intensivləşəcək. Biz elə ilk gündən bir neçə ciddi məsələ qaldırıb onun ətrafında müzakirə aparmağı təklif etmişik. Bəzi məsələlərlə bağlı müəyyən mənada irəliləyişlər də olur. Məsələn, ilk gündən QHT qanunvericiliyi ilə bağlı məsələ qaldırmışdıq. İndi bizdə olan məlumata görə, payız aylarında QHT qanunvericiliyində pozitiv dəyişikliklərin olması gözlənilir. Amma biz daha fundamental məsələlərdən də danışmaq istəyirik. Hər dəfə belə sistem dəyişiklikləri ilə bağlı məsələləri qaldırırıq. Yəni ölkədə konstitutsiya, idarəetmə islahatları olmalı və proporsional seçki siteminin tədbiqi ilə bağlı əməli addımlar atılmalıdır. Bütün  bunlar bizim danışıqların əsas mövzusudur və təkliflərimizin başında gələn məsələlərdir. Ard-arda sıralasaq, ölkədə yeni kontitutsiyanın qəbulu, inzibati ərazi bölgüsünün prezident fərmanı ilə son təsis olunan iqtisadi rayonlara uyğunlaşdırılması, mer seçkiləri, böyük şəhər bələdiyyələrinin yaradılması, proporsional seçkiyı keçid, QHT qanun vericiliyi və bu məsələlər ətrafında payızda ciddi müzakirələr aparmağı düşünürük”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR