Valideyn uşağını "xalxın uşağı" ilə müqayisə etməməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.
Onun sözlərinə görə, uşaqların hər biri individualdır və hər birinin maraq istiqaməti fərqlidir:
"Kimisi texniki fənləri sevir, kimisi humanitar. Düzdür, bütün fənləri bilənlər də var. Amma uşağı kiminlə müqayisə etmək doğru deyil. Valideynlər övladlarını başa düşməlidir".
R.Nəcəfov nəzərə çatdırıb ki, valideynlər uşaq pis qiymət aldıqda onun üzərinə gəlmək yerinə, söhbət etməyi, bunun səbəbini öyrənməyə üstünlük verməlidir.
Mina Mikayılova