• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Piylənmə bu xəstəliyə də yol açır

CƏMİYYƏT

10 Avqust 2022 | 07:30 | Müəllif: Qalib İbrahimoğlu

Piylənmə bu xəstəliyə də yol açır

"Həddindən artıq çəki, piylənmə böyrək daxilindəki təzyiqi yüksəldir və qılcal damarlarda struktur pozğunluqlarına səbəb olur. Bu zaman, süzmə funksiyasını düzgün yerinə yetirə bilməyən böyrəklər sidikdən proteini normadan çox ifraz edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu həkim-nefroloq Barat Yusubov deyib.

Həkimin sözlərinə görə, piylənmə eyni zamanda, şəkərli diabet və hipertenziyaya da (yüksək qan təzyiqi) yol açaraq böyrəklərə dolayı yolla zərər verir. B.Yusubov bildirib ki, kənardan normal çəkidə görünən, lakin qan yağları yüksək olanların, başqa sözlə metabolik piylənməsi olan insanların da böyrəkləri risk altındadır.

"Əgər artıq çəki problemi varsa, şəkər xəstəliyinin kontrolu bir o qədər çətinləşir" deyən həkim qeyd edib ki, piylənmədən qaynaqlanan şəkər xəstəliyinin ən təsirli və qalıcı müalicəsi piylənmə və metabolik cərrahiyyəsi ilə aparılır.

Onun sözlərinə görə, metabolik cərrahiyyə həkim müayinəsi və göstərişindən sonra, tip 2 şəkərli diabet xəstələrində daha çox tətbiq olunur. Bu tip pasientlərdə metabolik cərrahiyyə şəkərli diabetin effektiv müalicəsidir. 

"Əlbəttə, pasiyentlər əməliyyat sonrası qidalanmalarına diqqət etməli və mütəmadi olaraq şəkərli diabet və böyrəklərlə bağlı müayinələri təxirə salmamalıdırlar", - deyə həkim əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026