• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prezident AYNA ilə bağlı fərman imzaladı

CƏMİYYƏT

08 Sentyabr 2022 | 17:45

Prezident AYNA ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətinin təmin edilməsi və “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 20 iyul 2011-ci il tarixli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 25 yanvar 2016-cı il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən AYNA-nın nizamnaməsi təsdiq edilib.

Onun nizamnamə fondu 5 642 390 manat müəyyən edilib və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Nazirlər Kabineti AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026