• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Prezident Azərbaycanla Albaniya arasında Sazişi təsdiqlədi

SİYASƏT

06 May 2024 | 12:56

Prezident Azərbaycanla Albaniya arasında Sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən, 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərməlidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026