• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident Qəbələdə Viktor Orbanla görüşdü - YENİLƏNİB + FOTOLAR

    SİYASƏT

    06 Oktyabr 2025 | 18:30

    Prezident Qəbələdə Viktor Orbanla görüşdü - YENİLƏNİB + FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

    Bakıvaxtı.az xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxundu.

    Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlandı.

    Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirildi. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakı vurğulandı.

     

    ***17:14

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


    Prezident Qəbələdə Viktor Orbanla görüşdü - YENİLƏNİB + FOTOLARPrezident Qəbələdə Viktor Orbanla görüşdü - YENİLƏNİB + FOTOLARPrezident Qəbələdə Viktor Orbanla görüşdü - YENİLƏNİB + FOTOLARPrezident Qəbələdə Viktor Orbanla görüşdü - YENİLƏNİB + FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Noyabr 2026