• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Prezidentdən 5,3 milyon manatlıq SƏRƏNCAM

SİYASƏT

08 Avqust 2022 | 13:48

Prezidentdən 5,3 milyon manatlıq SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncamla Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026