• Bakı 12° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Problemli kreditlərin məbləği AÇIQLANDI

İQTİSADİYYAT

17 Mart 2025 | 21:03

Problemli kreditlərin məbləği AÇIQLANDI

2025-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 6737.6 milyon manat vəsait daxil olub, büdcədən 5366.0 milyon manat vəsait xərclənib, büdcənin icrasında 1371.6 milyon manatlıq profisit yaranıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 29325.3 milyon manat təşkil edib, onun 24448.2 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1.6 faizini təşkil edib. 2025-ci il 1 fevral vəziyyətinə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2025-ci il fevral ayının 1-nə 14698.7 milyon manat olub.

2025-ci ilin yanvar-fevral aylarında milli valyutanın bir ABŞ dollarına nisbətdə orta məzənnəsi 1.70 manata, bir avroya - 1.77 manata, 100 türk lirəsinə - 4.75 manata, 100 Rusiya rubluna - 1.75 manata bərabər olub.


SON XƏBƏRLƏR

17 Mart 2025