PSJ-nin futbolçusu Rafinya Alkantara yanvar ayına qədər klubunda qalmağa qərar verib.
Bakıvaxtı.az Fransa mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça" braziliyalı yarımmüdafiəçi ilə maraqlansa da, o, Paris təmsilçisindən ayrılmaqdan imtina edib.
Qeyd edək ki, Rafinya 2020-ci ildən PSJ-də oynayır. 28 yaşlı oyunçunun klubu ilə müqaviləs 2023-cü ilin yayı başa çatır.
















