• Bakı 16° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Rahid Əmirquliyev mükafatlandırıldı

İDMAN

02 Oktyabr 2021 | 21:48 | Müəllif: Subhan Mahmudov

Rahid Əmirquliyev mükafatlandırıldı

Ötən tur Azərbaycan çempionatında 422-ci oyununa çıxaraq mütləq rekorda imza atan Rahid Əmirquliyev mükafatlandırılıb. 

Bakıvaxtı.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Səbail” PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib. Futbolçuya PFL-in xatirə hədiyyəsini təqdim edən PFL prezidenti ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR