• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Xan Lənkəran" Region Liqasında

İDMAN

04 Oktyabr 2021 | 19:04 | Müəllif: Subhan Mahmudov

"Xan Lənkəran" Region Liqasında

Lənkəran rayonuna səfər çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün "Xan Lənkəran" Futbol Klubunun nümayəndələri ilə görüşüb. 

Bakıvaxtı.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib. Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra "Region Liqası" turnirində iştirak edəcək. Elxan Məmmədov bildirib ki, klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcək.

"Xan Lənkəran" FK-nın nümayəndələri görüşün keçirilməsinə və dəstəyə görə AFFA-ya təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR