• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Kayrat" - "Qarabağ" oyununun hakimləri açıqlandı

İDMAN

02 Noyabr 2021 | 13:37 | Müəllif: Subhan Mahmudov

"Kayrat" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Kayrat" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Moldova Futbol Federasiyasından  Dumitri Muntyan idarə edəcək. Ona Andrey Bodyan və Viktor Mardari köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR