• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

De Byazi millidə qaldı - AFFA QƏRAR VERDİ

İDMAN

02 Dekabr 2021 | 13:02 | Müəllif: Subhan Mahmudov

De Byazi millidə qaldı - AFFA QƏRAR VERDİ

İtaliyalı baş məşqçi Canni De Byazi ilə AFFA arasında yeni müqavilə bağlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Gündəlikdəki məsələlərin müzakirəsindən öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Aparılmış müzakirələrdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim edəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasında və dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışa görə Canni De Byazi ilə müqavilənin yenilənməyəcəyi gözlənilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR