• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Putin DANIŞDI: Şimali Koreyanın hərbçiləri...

DÜNYA

25 Oktyabr 2024 | 00:20 | Müəllif: Əli Hüseynov

Putin DANIŞDI: Şimali Koreyanın hərbçiləri...

“Şəkillər ciddi bir şeydir. Əgər fotoşəkillər varsa, deməli, onlar nəyisə əks etdirir”.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BRICS sammitindən sonra keçirilən mətbuat konfransında jurnalistin Rusiya ərazisində Şimali Koreya hərbçilərinin olmasını sübut edən peyk çəkilişləri ilə bağlı sualına belə cavab verib.

O xatırladıb ki, KXDR ilə strateji tərəfdaşlıq sazişində hərbi yardımın göstərilməsi ilə bağlı maddə yer alıb.

“Bu gün, məncə, bizim strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya olunub. Orada 4-cü maddə var. Şimali Koreya rəhbərliyinin bizim razılaşmalarımıza ciddi yanaşdığına biz heç vaxt zərrə qədər belə şübhə etməmişik. Bu maddə çərçivəsində nəyi və necə edəcəyik, bu, artıq bizim işimizdir”, - deyə o bildirib.

“Biz Şimali koreyalı dostlarımızla əlaqə saxlayırıq. Bu prosesin necə inkişaf edəcəyinə baxacağıq”, - deyə Putin qeyd edib. /Azərtac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026