Moskva Azərbaycanla humanitar sahədə münasibətləri yenidən bərpa etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
Şvıdkoyun sözlərinə görə, Rusiya tərəfi bu istiqamətdə qarşılıqlı addımlar atmağa tam hazırdır:
“Rusiya Azərbaycanla humanitar əlaqələrin bərpasına eyni səviyyədə hazırdır. Bu münasibətlərin yenidən qurulmasına dərin səbəblər yoxdur”, - deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, Rusiya və Azərbaycanı birləşdirən tarixi köklər çox dərindir.
“Xalqlarımızı əsrlərlə formalaşmış tarix bağlayır. Ailələrimiz bir-biri ilə sıx əlaqələr içindədir və hər iki ölkə eyni mənəvi-dəyərlər sistemini bölüşür”, deyə Şvıdkoy əlavə edib.
Bakı 


