• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qaraçı qızının xoşbəxtliyi

CƏMİYYƏT

08 Mart 2024 | 17:50

Qaraçı qızının xoşbəxtliyi

Rəfi Müslümov yazır...

Biz səadətimizi özümüzlə daşıyan Adəm övladlarıyıq, eyni zamanda biz içimizdə olan səadətin çağırışını eşidib, səsin mənbəyini özümüzdən kənarda axtaran insanlarıq. (Rövşən Abdullaoğlu)

Az öncə avtobusla işə gələndə pəncərədən bir qaraçı qadının qucağındakı körpəsiylə yolun digər üzü ilə yuxarı qalxdığını gördüm. Təbii ki, bu, gündəlik hər kəsin qarşılaşdığı bir hadisədir. Mənim deyəcəyim isə tamam başqadır. Gözlərimi tıxacda qalan avtobus pəncərəsindən zilləyib yolda gedən qadına baxırdım ki, birdən ondan 15-20 metr arxada qırmızı nimdaş kurtkalı balaca qızcığaz gördüm. Uşağın simasından qaraçı balası olduğu görünsə də, sanki dünyanın bala dərdi vecinə deyildi. Anasının ondan 15-20 metr qabaqda körpə ilə irəliləməsi, qızcığazın isə balaca addımlarla anasının arxasınca arabir tullanaraq, arabir də qaçaraq getməsi mənə maraqlı gəldi. Əminəm ki, avtobusda məndən başqa da onu izləyənlər var idi.

Qaraçı balasının bu yaşda anası tərəfindən istismar edilməsinə baxmayaraq, palçıqlı yolda yaranan gölməçənin içinə tullanması, oynaya-oynaya getməsi özü üçün qurduğu balaca dünyasında necə xoşbəxt olduğunu göstərirdi.

Bu hadisəni niyə yazıram, onu deyim: biz azərbaycanlılar ömrümüzün sonuna qədər övladlarımızın yükünü çəkirik. Dünyaya gəlir, dava-dərman, həkimlərdə qala-qala püfə-püflə boya başa çatdırırıq. Min-bir əziyyətlə böyüdüb insan formalaşdırırıq. Hələ bu azmış kimi, evlənəndə də əlini üstündən çəkmirik. Amma bu qaraçı balasının taleyi başqadır. Bəlkə o da anası kimi 16-17 yaşında evləndiriləcək? Bəlkə o da öz körpəsini qucağına alıb uşağını arxada qoyacaq? Bilmirəm. Bildiyim tək şey isə budur ki, bu qaraçı balası nəyin bahasına olursa-olsun, xoşbəxt olmağı bacarır. Bahalı oyuncaqlarla oynamasa da, gözəl əyin-başa sahib olmasa da, uşaqlığını yarıac-yarıtox yaşayır. Kim bilir, bəlkə də əsl xoşbəxtliyi o uşaq yaşayır?


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026