• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qazaxıstanda bunkerdə faciə - 4 ölü

DÜNYA

07 Oktyabr 2024 | 12:13

Qazaxıstanda bunkerdə faciə - 4 ölü

Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.

Bakıvaxtı.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.

“Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar”, - məlumatda qeyd olunub.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.

Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR