Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbə qazanmaq üçün tələb olunan 270 səsdən 267-sini toplayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.
“Fox News” telekanalı onun artıq 248 səs topladığını bildirir. Məlumata görə, o, əsas ştatlardan biri olan Corciyada demokratların namizədi Kamala Harrisi geridə qoyub. Trampın qalib gələcəyi təqdirdə bu ştat ona 16 seçici səsi qazandıracaq.
Tramp həmçinin Pensilvaniya ştatında da qalib gəlir ki, bu da namizədə 19 seçici səsi verir.
Trampın yaxın vaxtlarda Floridada tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir. Öz növbəsində, Harrisin seçki qərargahı onun növbəti gün çıxış edəcəyini açıqlayıb.
***
09:13
ABŞ-də prezident seçkisində respublikaçı Donald Trampın qalib gəlmə şansı 88%-dir.
Bakıvaxtı.az bu barədə “New York Times” qəzetinə istinadla xəbər verir.
Nəşrin yazdığına görə, Donald Tramp İndiana, Kentukki, Qərbi Virciniya, Missisipi, Alabama, Oklahoma, Tennessi, Florida, Cənubi Karolina, Arkanzas, Ayova, Missuri, Texas, Kanzas, Montana, Yuta, Arizona ştatlarına liderdir.
Kamala Harris isə Vermont, Merilend, Massaçusets, Konnektikut, Rod-Aylend, Delaver, Nyu-Cersi, Menni, Kolorado, Viskonsin, Nebraska və Vaşinqton ştatlarında irəlidədir.
Qeyd edək ki, prezidentlik üçün namizədlərdən birinin ən azı 270-ə çatması lazımdır.
Qeyri-rəsmi nəticələrə görə, 50 ştatdan 24-də qalib gələn Trampın ümumi sayı 230, 16 ştatda və Vaşinqton D.C bölgəsində qalib gələn Harris isə 209 səs alıb.
Mübarizənin nəticələri bir neçə gün ərzində açıqlana bilər.
Murad Məmmədli