• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

DÜNYA

29 Yanvar 2023 | 19:06 | Müəllif: Subhan Mahmudov

Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

Qərbin kəşfiyyatı hesab edir ki, İranın İsfahan şəhərində hərbi anbara hücumdan dəymiş ziyan Tehranın iddia etdiyindən qat-qat çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Yerusalem Post” qəzeti məlumat yayıb.

“Hadisə yerində dörd partlayış olub. Zərər İranın bildirdiyi kiçik dam zədəsindən qat-qat çoxdur. İsrail anbara hücumu şərh etməkdən imtina edir, lakin Qərb kəşfiyyat rəsmiləri bunun arxasında İsrail kəşfiyyatı MOSSAD-ın olduğunu iddia edirlər. İran hədəflərinə oxşar hücumlar 2020-ci ilin iyulunda və 2021-ci ilin aprelində Natanda, eləcə də 2021-ci ilin iyununda Kərəcdə olub",- məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026