İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda ən azı 60 fələstinli həyatını itirib, yüzdən çox fələstinli isə yaralanıb.
Bu barədə Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir.
İsrail ordusunun artilleriya birləşmələrinin Qəzzanın şimalında və Qəzza şəhərində həyata keçirdiyi hücumlarda ümumilikdə 26 fələstinlinin həyatını itirdiyi bildirilib.
Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Belah bölgəsinə təşkil edilən hücumlarda da ümumilikdə 26 fələstinli ölüb. Xan Yunus şəhərində baş verən iki evə hücum nəticəsində 7 fələstinli həyatını itirib.
Əli Hüseynov