Quba rayonunda qonşular arasında bıçaqlanma olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Mirzəqışlaq kəndində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadıq oğlu qonşusu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /Report








jpg-1672210015.webp)






