Xalq artisti Əli Nur mərhum həmkarı Ramiz Novruzla bağlı bir çox etiraflar edib.
Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, "Künc-bucaq" layihəsinin qonağı olan aktyor R.Novruzun oğlu Cavidan Novruzun dediyi "Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi" sözlərə əsəbiləşib. O, Ramiz Novruzun bir çox Xalq artisti ilə küsməsindən danışıb:
"Telman Adıgözəlovla qardaş kimi idilər. Telmanla, Teymur Əmrahla bir-birinin evinə gedib gəlirdilər. Amma sonra Telman, Teymur Ramizlə düşmən oldu. Axı qardaş idilər? Sonra İlham Əsgərovla Ramiz Novruzun mübahisəsi başladı, düşmən oldular. Nürəddin Mehdixanlı Ramizin teatrda böyük dəstəyi olub. O, Ramizə layiq olmadığı obrazların verilməsinin səbəbkarı idi. Nürəddin Ramizin kölgəsi olub. Amma sonradan küsdülər. Niyə?
Sonra ANS-də oturub Ramiz İsrafil İsrafilovu tənqid edənləri söydün. Gəldim onun cavabını verdim. Ramiz sonra Ramiz Məliklə dalaşdı, ona yumruq vurdu. Ramiz onu polisə verdi, atana cinayət işi açıldı. Atanı tuturdular, teatrın yaşlı aktyorları getdi, onları barışdılar. Bütün bunlardan sonra deyirsən, yaşlı nəsil atamın ölümünə sevinir? Cavidan, atan 6-7 aktyorla küsülü getdi".