• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ranyeri istefaya göndərildi

İDMAN

25 Yanvar 2022 | 00:03 | Müəllif: Subhan Mahmudov

Ranyeri istefaya göndərildi

"Uotford" baş məşqçisi Klaudio Ranyerini istefaya göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

70 yaşlı mütəxəssis 2021-ci il oktyabrın 4-də baş məşqçi vəzifəsinə təyin olunandan “Uotford”da cəmi 112 gün keçirib. Komanda onun rəhbərliyi altında ölkə çempionatında keçirdiyi 13 matçdan 10-da məğlub olub, yalnız 2-də qələbə qazanıb. Bu nəticələrə görə, klub Premyer Liqa turnir cədvəlində sonuncu yerə qayıdıb.

Xatırladaq ki, 2016-cı ildə Klaudio Ranyeri sensasiyalı şəkildə “Lester”lə Premyer Liqanın qalibi olmuşdu. Elə həmin il o, FİFA-ya görə ilin ən yaxşı məşqçisi seçilib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026