• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bu klubda koronavirusa KÜTLƏVİ YOLUXMA

İDMAN

23 Fevral 2022 | 21:05 | Müəllif: Qalib İbrahimoğlu

Bu klubda koronavirusa KÜTLƏVİ YOLUXMA

Avstriyanın "Zaltsburq" klubunda koronavirusa kütləvi yoluxma halları aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilirb. Qeyd olunub ki, komandada 15 nəfərin testi müsbət çıxıb. Onların arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var.

Koronavirusa yoluxmuş şəxslərin hamısı karantinə alınıb. Onların bəzilərinin xəstəliyi simptomsuz keçirdiyi bildiirlib.

Kütləvi yoluxma səbəbindən "Zaltsburq"un 2 məşqi ləğv olunub. Yaxın günlərdə komanda üzvlərindən növbəti dəfə analiz götürüləcək.

Klubda təhlükəsizlik tədbirləri gücləndiriləcək: tamaşaçılar artıq məşqlərə buraxılmayacaq, bütün kütləvi tədbirlər ləğv ediləcək və ya təxirə salınacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR