• Bakı 14° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Konor Makqreqor saxlanıldı - SƏBƏB

İDMAN

24 Mart 2022 | 12:53 | Müəllif: Qalib İbrahimoğlu

Konor Makqreqor saxlanıldı - SƏBƏB

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İrlandiyanın paytaxtı Dublində saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı döyüşçü təhlükəli avtomobil idarə etdiyi üçün tutulub.

İdmançının "Bentley Continental GT" markalı maşını cərimə meydançasına göndərilib (report.az). Polis bölməsinə aparılan Makqreqora qarşı ittiham irəli sürülüb. O, iclas təyin olunanda məhkəməyə gəlmək öhdəliyi ilə zaminə buraxılıb.

Döyüşçü təqsirli bilinsə, 5500 ABŞ dolları məbləğində cərimə ödəyə və ya 6 aylıq həbs oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026