“Mançester Yunayted” yeni baş məşqçisi Erik ten Haqa transferlər üçün 140 milyon avro ayıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Mənbə bildirir ki, bəzi faydasız oyunçular satılacağı halda transfer büdcəsi arta da bilər.
Xatırladaq ki, hazırda “Ayaks”ı çalışdıran Erik de Haq ingilis klubunda vəzifəsinin rəsmi icrasına bu mövsüm başa çatandan sonra başlayacaq.
















