• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Haaland "Borussiya"nın bütün işçilərinə bahalı saat aldı

İDMAN

22 May 2022 | 04:17 | Müəllif: Subhan Mahmudov

Haaland "Borussiya"nın bütün işçilərinə bahalı saat aldı

Bir neçə gün öncə "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçən Erlinq Haaland sabiq klubunun bütün işçilərinə bahalı hədiyyələr alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 21 yaşlı norveçli forvard bütün heyətə və məşqçilərinə 13-15 min avro dəyərində olan "Rolex" qol saatları hədiyyə edib. Hücumçu saatları iki ədəd limuzinlə Almaniyaya gətirib. 

Bütün saatlar üç fotoşəkillə bəzədilmiş xüsusi qutuda təqdim edilib.

Bundan əlavə, hədiyyələr "Borussiya"nın 20-dən çox əməkdaşına - fizioterapevtlər, aşpazlar və məsləhətçilərə də çatıb. Haaland onlara 7000-9500 avro dəyərində "Omega" saatı alıb. Ümumilikdə, Erlinq hədiyyələr üçün təxminən 600 min avro xərcləyib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR